Mobil versiya
Vilayət Eyvazov Dağıstanda nazirlərlə görüşdü
Tarix: 28-04-2017 | Saat: 16:01
Bölmə:Gündəm | çapa göndər

Vilayət Eyvazov Dağıstanda nazirlərlə görüşdü



Bu gün Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının daxili işlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Modern.az xəbər verir ki, müzakirələr zamanı hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğunluğu bildirilib, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, ekstremizmə qarşı mübarizədə səylərin artırılmasının, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Vilayət Eyvazovla yanaşı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, eləcə də şimal sərhəd rayonlarının polis rəisləri iştirak edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə