Mobil versiya
Makedoniyada etirazçılar - Parlamentin binası tutuldu
Tarix: 28-04-2017 | Saat: 10:15
Bölmə:Gündəm / Karusel | çapa göndər

Makedoniyada etirazçılar - Parlamentin binası tutuldu



Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

"RİA Novosti”nin məlumatına görə, "Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqını təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər.

Etirazlar parlamentin spikeri vəzifəsinə alban Tələt Cəfərin spiker seçilməsindən sonra baş verib.

Makedoniya Prezidenti George İvanov müraciətlə çıxış edərək, iri partiyaların liderlərini problemi dinc yolla müzakirə etməyə, siyasi böhrandan birgə çıxmağa çağırıb.

Qeyd edək ki, "Vahid Makedoniya uğrunda” hərəkatla Sosial-Demokratik İttifaqından olan deputatlar arasında yaranan gərginlik səbəbindən parlamentin iclası təxirə salınmışdı. Buna rəğmən parlamentdə çoxluq təşkil edən Sosial-Demokratik İttifaqının rəhbərliyi ilə digər partiyalardan olan deputatlar Demokratik Birlik İttifaqından olan Tələt Cəfəri parlamentin sədri seçmişdi. Bundan sonra "Vahid Makedoniya uğrunda” hərəkat tərəfdarları parlamentə basqın edərək, jurnalistləri və deputatları əsir götrümüşdülər. Lakin polisin həyata keçirdiyi əməliyyat nəticəsində onlar xilas ediliblər. İlkin məlumatlara görə, qarşıdurmalarda 1-i ağır olmaqla, 9 nəfərin yaralandığı bildirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə