Mobil versiya
Sulu qəlyandan istifadə qadağan olunur
Tarix: 27-04-2017 | Saat: 13:03
Bölmə:Gündəm / Manşet | çapa göndər

Sulu qəlyandan istifadə qadağan olunur




Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə qadağan olunur.
AzVision.az-ın məlumatına görə, bu məsələ Milli Məclisdə II oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə