Mobil versiya
Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var
Tarix: 26-04-2017 | Saat: 13:26
Bölmə:Hadisə | çapa göndər

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var



Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Beyləqan və Ağdaş sakinlərinə məxsus "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5480 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2020