Mobil versiya
Bakıda polis intihar edən şəxsi öz əllərində təcili yardıma çatdırdı- FOTO
Tarix: 25-04-2017 | Saat: 15:45
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakıda polis intihar edən şəxsi öz əllərində təcili yardıma çatdırdı- FOTO


Bakıda polis əməkdaşının ayıq-sayıqlığı bir insanın həyatının xilas edilməsi ilə nəticələnib.

AIA.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, status yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb. Şahin İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirib. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə zəng edib. Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin "facebook”da status yazaraq intihar etmək istədiyi barədə verilən məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülüb. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayıb.

Qeyd edək ki, bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Şahin İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar.

Məlum olub ki, Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Şaiq İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.

Bildirilir ki, Şaiq İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə