Mobil versiya
"Azərenerji" İslamiada ilə bağlı xüsusi iş rejiminə keçib
Tarix: 24-04-2017 | Saat: 15:20
Bölmə:Gündəm | çapa göndər

"Azərenerji" İslamiada ilə bağlı xüsusi iş rejiminə keçib



"Azərenerji" ASC-nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib.

Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq, baş verə biləcək hər hansı bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib:

"Bir neçə ildir ki, ölkəmiz dünya əhəmiyyətli idman yarışlarına ev sahibliyi edir. Son illər keçirilən çoxsaylı tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olub. Bu da milli nöqteyi-nəzərdən qürurverici bir haldır. Cari ilin may ayının 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da bu kontekstdə ən əlamətdar hadisələrdən biri hesab edilir. Bu idman yarışları zamanı öz üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün "Azərenerji" ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib.

Səhmdar Cəmiyyətdə də artıq bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb. Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə