Mobil versiya
Alimlər doğuş üçün ən ideal yaşı açıqladılar
Tarix: 24-04-2017 | Saat: 12:24
Bölmə:Media / Manşet | çapa göndər

Alimlər doğuş üçün ən ideal yaşı açıqladılar



Qadınların uşaq dünyaya gətirmək üçün uyğun yaşına dair çox mübahisələr gedib. Bir tərəfdən gənc ananın daha sağlam olduğu, yumurtalığının bir qədər yaşlı qadının yumurtalığından fərqli olaraq ətraf mühitdən daha az zərər gördüyü iddia edilir. Digər tərəfdən isə qadınlar hər il daha gec nikah qururlar, belə ki, onlar əsas diqqəti təhsilə, karyeraya, səyahətlərə və qayğısız gəncliyə verirlər.

Adalet.az xəbər verir ki, 20-27 yaş aralığının ana olmaq üçün ən optimal zaman olduğu barədə yayılmış fikrə baxmayaraq, Texas Universitetinin doktoruCon Mirovskiiddia edir ki, ana olmaq üçün ideal yaş 34-dür. Bununla bağlıbir neçə arqumenti təqdim edirik.
34 yaş – sağlam uşağı daşımaq üçün qadın orqanizmi üçün optimal yaşdır. Bundan başqa, gənc yaşda qadınlar daha çox xəstələnir, bu isə hamiləlikdə problem yarada bilər. Bu nəzəriyyəni 30 yaşından sonra qadının daha ciddi münasibətlərdə olduğunu, sabit gəlir əldə etdiklərini və yetərincə həyat təcrübəsinə malik olduqlarını iddia edən psixoloqlar da təsdiqləyiblər.

Amma həkimlər 35 yaşdan sonra qadında xroniki xəstəliklərin ola biləcəyi riskindən qorxurlar, bura reproduktiv sistemin xəstəliyi də daxildir. Ona görə də bu yaşdan sonra qadınlar hamiləliyi həkimlərin ciddi nəzarəti altında keçirməlidirlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024