Mobil versiya
Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ - NÜVƏ TƏHLÜKƏSİ
Tarix: 22-04-2017 | Saat: 18:59
Bölmə:Siyasət | çapa göndər

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ - NÜVƏ TƏHLÜKƏSİ



"KXDR sülhpərvər dövlətdir, lakin ABŞ tərəfindən təhlükəyə qarşı sərt addımlar atmağa hazırdır".

Bu bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, bəyanatda, həmçinin Pxenyanın "total müharibəyə ümumi müharibə ilə, nüvə zərbələrinə isə nüvə müharibəsi ilə" cavab verəcəyi və "təhlükəli qarşıdurmada" mütləq qələbə qazanacağı qeyd olunur.

Aprelin 16-da Cənubi Koreyanın silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi KXDR-in Xamqon-Namdo əyalətinin Sinpxo rayonunda uğursuz raket sınağı keçirdiyini bildirib. Raketin növü hələ müəyyən olunmasa da, ekspertlər onun KN-15 tipli orta mənzilli ballistik raket ola biləcəyini ehtimal edirlər.

Raket sınağından sonra Yaponiya hökuməti baş nazirin dəftərxanası yanında böhran komitəsi yaradıb, Cənubi Koreyada isə Milli Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclası çağırılıb. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə öz növbəsində Cənubi Koreyaya səfərinin gedişində bu yaxında Vaşinqtonun Suriyaya endirdiyi raket zərbələrini xatırladaraq, Pxenyanı Prezident Donald Trampın qətiyyətini sınamamağa çağırıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024