Telefon zənglərindən qaçanlara xəbərdarlıq – Psixoloq təhlükəyə diqqət çəkdi
Tarix: 02-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Son illər insanlar, xüsusilə gənclər telefonla danışmaq əvəzinə mesajlaşmağa daha çox üstünlük verirlər. Bəzən hətta eyni evdə olan şəxslər belə üz-üzə söhbət etmək əvəzinə bir-birinə mesaj göndərirlər.
Psixoloq Gülnar Orucovanın sözlərinə görə, gənclərin bir çoxu gözlənilməz telefon zənglərinə cavab vermək istəmir və yazışmanı daha rahat ünsiyyət vasitəsi hesab edir.
Mütəxəssis bildirib ki, telefon danışığı insanlardan dərhal reaksiya verməyi tələb edir. Söhbətin nə qədər davam edəcəyini bilməmək, uyğun sözləri seçmək və danışığı davam etdirmək məcburiyyəti bəzi insanlarda emosional yorğunluq yaradır.
Mesajlaşma isə qarşı tərəfə cavabını düşünmək, istədiyi vaxt yazmaq və ünsiyyətin sürətini özü müəyyənləşdirmək imkanı verir. Bu səbəbdən bir çox insan zəng etmək əvəzinə qısa mesaj və ya səsli qeyd göndərməyi seçir.
Gülnar Orucova hesab edir ki, əsas narahatlıq doğuran məqam canlı ünsiyyət vərdişlərinin tədricən zəifləməsidir. Onun fikrincə, yaşlı və gənc nəsillərin fərqli ünsiyyət seçimləri bəzən qarşılıqlı anlaşılmazlığa səbəb olur.
Psixoloq xəbərdarlıq edib ki, üz-üzə ünsiyyətdən davamlı şəkildə uzaqlaşmaq sosial münasibətlərin zəifləməsinə və insanların özlərinə qapanmasına şərait yarada bilər. O, belə halların bəzi şəxslərdə emosional çətinlikləri artırdığını düşünür.
Mütəxəssisin sözlərinə görə, bəzi gənclər yüksək bilik və bacarıqlara malik olsalar da, canlı söhbət zamanı fikirlərini ifadə etməkdə çətinlik çəkirlər.
Bununla belə, mesajlaşmaya üstünlük vermək özlüyündə psixoloji problem və ya depressiya əlaməti deyil. Əsas məsələ yazılı ünsiyyətin gündəlik həyatda canlı münasibətləri tamamilə əvəz etməməsidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2026