Mobil versiya
Dünyanın ən çox fındıq istehsal edən ölkələri açıqlandı – Azərbaycan neçəncidir?
Tarix: 02-11-2026 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

Dünyanın ən çox fındıq istehsal edən ölkələri açıqlandı – Azərbaycan neçəncidir?



2026/2027-ci mövsümü üzrə dünya fındıq istehsalına dair yeni proqnozlar açıqlanıb. Azərbaycan ən böyük istehsalçı ölkələrin ilk onluğunda yer alıb.

Beynəlxalq Qoz-fındıq və Quru Meyvə Şurasının (INC) proqnozuna görə, qlobal fındıq istehsalının 1 milyon 432 min tonu ötəcəyi gözlənilir.

Siyahıya 809 min 940 tonluq istehsal proqnozu ilə Türkiyə başçılıq edir. ABŞ 123 min 500 tonla ikinci, Çili isə 120 min tonla üçüncü pillədə qərarlaşıb.

Azərbaycanın 65 min ton fındıq istehsalı ilə dünya üzrə altıncı yeri tutacağı proqnozlaşdırılır.

2026/2027-ci mövsümündə ən çox fındıq istehsal edəcəyi gözlənilən 10 ölkə bunlardır:

Türkiyə – 809 940 ton

ABŞ – 123 500 ton

Çili – 120 000 ton

Çin – 100 000 ton

İtaliya – 90 000 ton

Azərbaycan – 65 000 ton

Gürcüstan – 45 000 ton

İran – 22 600 ton

İspaniya – 10 530 ton

Fransa – 9 500 ton


Yeni proqnozlarda diqqətçəkən məqamlardan biri ABŞ-ın Çilini geridə qoyaraq ikinci pilləyə yüksəlməsidir.

Azərbaycan isə Türkiyə, ABŞ, Çili, Çin və İtaliyadan sonra dünyanın altıncı ən böyük fındıq istehsalçısı kimi göstərilir.

Qeyd edək ki, açıqlanan rəqəmlər yekun istehsal nəticələri deyil, qarşıdakı mövsüm üçün proqnoz göstəriciləridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026