Azay Quliyev QHT təmsilçiləri ilə görüşüb
Tarix: 20-04-2017 | Saat: 17:24
Bölmə:Gündəm | çapa göndər
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
Şura sədri Azay Quliyev qaçqın və məcburi köçkünlər, veteran və şəhid ailələri ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində QHT-lərin də fəal olduğunu qeyd edib. A.Quliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı günlərdə ərazi bütövlüyü uğrunda vuruşan insanların qəhrəmanlıqlarının heç zaman unudulmadığını və onların problemlərin həlli üçün dövlət qurumları ilə QHT-lərin yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
O, Şuranın 2017-ci il II qrant müsabiqəsinin mövzularının əksəriyyətinin müharibədən zərər çəkən şəxslərin sosial-ictimai müdafiəsinin, düşmənə qarşı informasiya savaşının gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşası olduğunu deyib.
A. Quliyev Şuranın Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi köçkünləri hər zaman diqqətdə saxladığını və hər il bu istiqamət üzrə onlarla QHT layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura sədri bu sahədə fəaliyyətin uğurlu koordinasiyasına görə Şura üzvü Emin Həsənliyə təşəkkür edib və onun fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Şura sədri həmçinin QHT-lərlə yaxından əməkdaşlığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkürünü bildirib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli maraqların müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT-lərlə görüşməkdə məqsəd layihələrin icra vəziyyətini, effektivliyin və təşəbbüskarlığın artırılması mexanizmlərini müzakirə edərək uğuru nəticənin əldə olunmasını stimullaşdırmaqdır.
Şura üzvü Emin Həsənli Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müharibə qəhrəmanlarının tanıdılması, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində, antiazərbaycan dairələrin təxribatlarının qarşısının alınmasında QHT-lərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını deyib. Emin Həsənli QHT-ləri milli məsələlərlə bağlı petisiyalarda fəallığı artırmağa dəvət edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024