Mobil versiya
“Deputata bahalı vaza verilirsə, deməlidir ki, götürəmmərəm, cəzalandırıla bilərəm…” - FAZİL MUSTAFA
Tarix: 20-04-2017 | Saat: 15:24
Bölmə:Siyasət | çapa göndər

“Deputata bahalı vaza verilirsə, deməlidir ki, götürəmmərəm, cəzalandırıla bilərəm…” - FAZİL MUSTAFA



"Hər hansı təşkilat və ya Universitet deputata ad verirsə, yaxud, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu bahalı vazadır, mən götürə bilmərəm. Buna görə mən cəzalandırıla bilərəm”.

AİA.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu millət vəkiliFazil Mustafabu gün parlamentdə İnsan hüquqları komitəsi və hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun alyihəsində bir sıra ziddiyətlər də mövcuddur.
"Çünki sənəddə etik qayda ilə mənəvəi məsələ qarışdırılır. Qanun layihəsindən elə çıxır ki, deputatlar eyni Universiteti bitirməli, eyni savada və biliyə malik olamlıdır. Axı, belə olmaz?! Birisi hüquqşünasdır, birisi biznesi təmsil edir. Digəri müxtəlif ali məktəbi bitirib. Hamının eyni bilik, savad, davranış qaydası sərgiləməsi mümkün deyil. Məsələn, Türkiyədə elə deputat var ki, heç yaza bilmir. Ancaq seçici o şəxsə səs verib, depuat seçir. Belə yanaşmalar düz deyil”– deyə, o, bildirib.
F. Mustafanın digər iradı İntizam Komissiyasına verilən səlahiyyətlərlə bağlı olub.
O, bildirib ki, bir çox hallarda İntizam Komissiyasının rəyi subyektiv və qərəzli ola bilər.
"Məsələn, bir sahibkar hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra… Çıxışım sahibkarın xoşuna gəlib, qonaqlıq vermək istəyir, bunun nəyi qəbahətdir və qanunsuzdur?!”- deyə, o, bildirib.
Millət vəkili deyib ki, sənəddə elə müddəalar yer alıb ki, onlar deputatın fəaliyyətini daha çox çərçivəyə alır və bu baxımdan, düzgün deyil:
"Odur ki, qanun layihəsi daha da qısaldılmalıdır və maddələr lakonik olmalıdır. Çünki deputat sıradan olan şəxs deyil və ona etik qayda ilə bağlı ən xırda detalı xatırlatmaq düzgün deyil”.


Millət vəkiliTahir Kərimliöz növbəsində bildirib ki, gələcəkdə referendum keçirilərsə, ora parlament və deputatlarla bağlı hər hansı dəyişiklik salınarsa, o zaman Milli Məclisin (MM) mövqeyi də öyrənilməlidir:
"Yoxsa, mövqe öyrənilmədən referendum keçirilir və dəyişiklik edilir… Biz də məcbur olub başlayırıq, dəyişikliyə uyğun olaraq qanunları qəbul etməyə…”
T. Kərimli qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də verib.


DeputatRövşən Rzayevisə bildirib ki, ilk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024