YAP Tovuz rayon təşkilatı silsilə tədbirlər keçirir -Fotolar
Tarix: 22-10-2026 | Saat: 16:58
Bölmə:Özəl | çapa göndər

YAP Tovuz rayon təşkilatının Əlimərdanlı, Hunanlar, Qaraxanlı, Qədirli-Cilovdarlı və Xatınlı kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.
İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə, ərazi partiya təşkilat sədrləri, müavinləri və partiya fəalları iştirak edib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, partiya fəalları Şirin Əhmədov, Fərmayıl Cəfərov, Nemət Məmmədov, Atəş Əlizadə çıxış edərək 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olduğunu qeyd ediblər. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ölkənin tarixi inkişaf yolunun təhlili, əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və qarşıdakı dövr üçün əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra çıxış edən natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dövlətçilik tarixində qazandığı uğurlar, milli maraqların qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi potensialın artırılması və beynəlxalq mövqelərin gücləndirilməsi məsələləri ön plana çəkilmişdir. Qeyd olunub ki, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni siyasi şəraitdə keçirilən qurultay Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Natiqlər vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlət siyasətinin dəstəklənməsi istiqamətində mühüm rol oynayır. Bildirilib ki, qurultayda müəyyənləşdirilən hədəflər ölkənin davamlı inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edir. Sonda bu cür tədbirlərin siyasi maarifləndirmənin gücləndirilməsi və partiya üzvlərinin qarşıda duran vəzifələr ətrafında birləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026