YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir -Fotolar
Tarix: 22-10-2026 | Saat: 15:29
Bölmə:Özəl | çapa göndər

21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Oğuz, Heydər Əliyev-68" (Mədəniyyət işciləri) ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
aia.az xəbər verir ki, tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti Anar Hüseyinov, Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Oğuz MKS-nin direktor əvəzi Nəzakət Qasımova və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Saleh Məhərrəmov Qurultayda qarşıya qoyulan vəzifələrin yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsinin, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin, üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Çıxış edən Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti, partiya fəalı Anar Hüseyinov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini əhatə etdiyini bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.
Görüşdə çıxış edən Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, " Oğuz, Heydər Əliyev-68" (Mədəniyyət işciləri ) ərazi partiya təşkilatının sədri Kəmalə Cəfərova, Oğuz MKS-nin direktor əvəzi Nəzakət Qasımova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolundan danışıblar. Çıxışçılar, həmçinin partiya üzvlərinin üzərinə düşən vəzifələrdən, dövlətçilik ənənələrinin qorunmasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinin, ölkəmizin inkişafı naminə fəal iştirakın vacibliyindən bəhs ediblər.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026