Deputat: “O sözü yaxşı qadınlar haqqında deməmişəm”
Tarix: 20-04-2017 | Saat: 13:22
Bölmə:Gündəm / Karusel | çapa göndər
Milli Məclisin Regional məsələlər vəAilə, qadın və uşaq məsələləri komitələrininüzvü Tahir Rzayevin "Ölkə.az”a müsahibəsi zamanı "Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!” fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət deputatı qadınları atla müqayisə etməkdə ittiham edib. Məsələ ilə bağlı fikir bildirən Azər-Türk Qadınlar Birliyinin sədriTənzilə Rüstəmxanlı deyib ki, Tahir Rzayevin deputatlıq mandatı müzakirə olunmalı, həm də o, qadınlardan üzr istəməldir.
AİA.az xəbər verir ki, Modern.az məsələnin aktuallığını nəzərə alaraq Tahir Rzayevə müraciət edib. Deputat səsləndirdiyi fikirlərin arxasında olduğunu bildirib:
"Bülbül kimi cəh-cəh vurur” fikirlərini də yozaq?...
"Bu hər zaman işlədilən fikirlərdir. Dahi Nizami Gəncəvi insanları arılarla, qarışqalarla müqayisə edirdi. Eyni zamanda deyirlər "aslanın erkəyi, dişisi olmaz”. Bunlar el misallarıdır, aforizmlərdir, qadına şamil olunmur. Mən orda fikrimi aydın ifadə etmişəm. Demişəm ki, yaxşı qadınların hamısı mənim bacımdır, anamdır. Eyni zamanda demişəm ki, pis, müəyyən nöqsanlara yol verən qadınlar varsa, onlar da bizim vətəndaşlarımızıdır, onları doğru yönəltməliyik. Mənim fikrim yalnız qadınlarla bağlı deyil. Eyni zamanda demişəm ki, sərxoş kişi evə gəlib qadını incidirsə, o, müəyyən tənbehlərə məruz qalmalıdır. Dahilər insanları işlək olmaqdan ötrü qarışqalarla, arılarla müqayisə ediblər. Yaxşı oxuyana deyirlər ki, "bülbül kimi cəh-cəh vurur”. İndi durub bu fikri harasa yozmaq doğru deyil. Bu sadəcə müqayisədir”.
"Mən o qadınlara nifrət edirəm...”
Deputat doğru yolda olmayan qadınlara nifrət etdiyini qeyd edib:
"Qadın 3 uşağını atıb ərli kişiylə qaçırsa, ona nə ad verək? O qadın tənbeh olunmamalıdırmı? Mən bu baxımdan demişəm ki, belə qadınlar kişilər tərəfindən müəyyən sözlərə məruz qalırlarsa, ictimaiyyət arasında onlar barəsində yaxşı fikir söylənilmirsə, demək qadın səhvdir, cəmiyyət haqlı. Biz belə qadın və kişilərimizi qınaq obyektinə çevriməliyik. Ailədə kişi və qadın münasibətləri normal olmalıdır. Hər iki tərəf ailənin saflığı üçün çalışmalıdır. Ona görə demişəm ki, yüyürək at özünə qamçı vurdurmaz. Bu el misalıdır. Mən bunu topluma şamil etməmişəm, deməmişəm ki, qadın heyvandır yaxud qadın atdır və s. Mən belə sözü demərəm axı. Bu mənim ziyalılığıma sığışan da deyil.
Mən yenə də deyirəm, ailəsini sevməyən, onları atıb başqa kişiylə gedən qadınlara nifrət edirəm. Çünki qadın cəmiyyətdir. Qadın təmiz olmasa, cəmiyyət də təmiz olmayacaq. Bu fikirləri bizim babalarımız, dədələrimiz səsləndirib. Mən heç vaxt yaxşı qadınlar haqqında bu sözü demərəm. Onların hamısı mənim anam, bacımdır. Pisləri isə vətəndaş olaraq düz yola, ailəsinə qaytarmalıyıq”.
"Tənzilə xanım hamıda qüsur axtarmasın”
T.Rzayev T.Rüstəmxanlının səsləndirdiyi fikirlərdə haqsız olduğunu vurğulayıb:
"Tənzilə xanıma mənim çox böyük hörmətim var. Amma xanımdan bir xahişim var ki, hər şeydə qüsur axtarmasın. Tənzilə xanım, bir deputat söz deyən kimi "bunları məhkəməyə vermək lazımdır”, "xalq qarşısında cavab verməlidirlər” kimi fikirlər səsləndirir. Belə şey olmaz axı. Biz cəmiyyətin saflaşdırılmasından ötrü ictimai qınaq yaratmalıyıq. Onlar haqqında fikrimizi bildirməliyik. Yoxsa hansısa deputat bir fikir bildirən kimi onu bəzəyib yamaq vurmaq olmaz. Mən Tənzilə xanımın cəmiyyətdəki rolunu da bilirəm, onu gördüyü işlərə də yüksək qiymət verirəm. Amma bu cür fikirlər səsləndirmək doğru deyil”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024