Putinlə Trampın nümayəndəsi arasında mühüm görüş – Ukrayna müharibəsi müzakirə olunur
Tarix: 21-10-2026 | Saat: 11:49
Bölmə:Özəl | çapa göndər

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Sankt-Peterburqda görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında məlumat verib.
Kreml rəsmisinin sözlərinə görə, görüşün əsas mövzularından biri Ukrayna müharibəsinin nizamlanması olacaq. Danışıqların bir neçə gün əvvəl razılaşdırıldığı bildirilir.
Uşakov qeyd edib ki, müzakirələrdə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak edəcək.
ABŞ nümayəndə heyətinin tərkibində isə dəyişiklik baş verib. Cared Kuşnerin səhhətində yaranan problem səbəbindən Rusiyaya səfər etməyəcəyi açıqlanıb.
Yuri Uşakov həmçinin Rusiya nümayəndələrinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə hər hansı birbaşa təmasının olmadığını bildirib.
Görüşün nəticələri və tərəflərin mümkün razılaşmaları barədə hələlik məlumat verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2026