Mobil versiya
Karlovun ölümünü çəkən: Qarabağda gördüklərim...
Tarix: 19-04-2017 | Saat: 16:53
Bölmə:Gündəm | çapa göndər

Karlovun ölümünü çəkən: Qarabağda gördüklərim...



Dekabrın 19-da Ankara Müasir Sənətlər Mərkəzində Rusiya səfiri Karlovun ölüm anını və onu qətlə yetirən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşı lentə alan “Assoşieyted Press” agentliyinin fotoqrafı Burhan Özbilicinin Axar.az-a verdiyi eksklüziv müsahibəni təqdim edirik:

– Ankara Müasir Sənətlər Mərkəzindəki üzücü hadisədə lentə aldığınız möhtəşəm foto günlərlə dünya mediasının manşetlərini bəzədi. Orda olmaqla tarixi bir sui-qəsdə şahidlik etdiniz. Bu hadisə sizə necə təsir etdi?

– Bu hadisədə ən çox məsum bir insanın – Rusiya səfiri, eyni zamanda, çox yaxşı bir insan olan Andrey Karlovun gözümün önündə öldürülməsinə çox üzüldüm. İlk anda çox böyük bir şok yaşadım, amma panikaya düşmədim. Hadisə çox böyük bir hadisə idi və bir jurnalist olaraq onu lentə almaq mənim borcum idi. Həddindən artıq çətin idi, amma bütün gücümlə dirəndim, ağlım, təcrübəm, cəsarətimlə bir möcüzə üçün dua etdim və işimi görməyə çalışdım. Kaş ki, o gözəl insan öldürülməmiş, bu qorxunc hadisə heç baş verməmiş olaydı...

– Bu kimi hadisələrin şahidi olduqda öz sənətinizə və dünyaya baxışınız dəyişirmi?

– Dünyaya, həyata olan baxışımda ciddi bir dəyişiklik olmadı. Hazırda müharibənin, Suriya savaşının nə qədər pis bir şey olduğunu, barışın, sülhün, demokratiya və insan hüquqlarının, bütün bunların fonunda da müstəqil və peşəkar jurnalistliyin nə qədər önəmli olduğunu bütün dünya yaxşı gördü və anladı. Gənc jurnalistlər üçün bu, cəsarətverici və gözəl bir nümunə oldu.

– Karlov sui-qəsdindən olan fotonuza sizin şah əsəriniz deyə bilərik? Yoxsa bu ada daha pozitiv və həyat dolu bir əsərinizi layiq görərdiniz?

– Pakistan müharibəsində (2005-ci il) və digər fəlakətlərdə, müharibələrdə çətin vəziyyətdə qalan, yaralı insanlara yardım edə bildiyim, onların xəbərlərini hazırladığım fotolarımı daha çox sevirəm. Karlovun fotoları tarixi baxımdan çox önəmli sənədlərdir, amma onları xoşlamıram və sevmirəm.

– Bizdə olan məlumata görə, siz Azərbaycanın əzəli torpağı olan Qarabağda da olmusunuz. Qarabağla bağlı xatirələrinizi dinləmək maraqlı olardı...

– Dağlıq Qarabağda 1991-ci ilin noyabrının sonundan dekabrın əvvəlinə qədər olmuşam. O dövrlərdə müharibənin nə qədər pis bir şey olduğunu, Azərbaycan türkü olan məsum insanların ölümlərini gördüm, evlərini tərk etməsinə şahid oldum və böyük bir üzüntü yaşadım. Ağdam, Şuşa, Kəlbəcər və yaxın bölgələrdə bu acılara və müharibəyə şahidlik etdim. Dağlıq Qarabağ qəzeti o vaxt mənimlə bağlı yazmışdı: “Sakit Ankaradan odlu Qarabağa...”

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə