Mobil versiya
Hər uşağa “SpaceX”dən səhm verəcək
Tarix: 20-10-2026 | Saat: 08:04
Bölmə:Dünya | çapa göndər

Hər uşağa “SpaceX”dən səhm verəcək

Dünyanın ən varlı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask qlobal miqyasda böyük əks-səda doğuran növbəti bəyanatla çıxış edib. Milyarder gələn ildən etibarən ABŞ-də yaşayan hər bir uşağa şəxsi mülkiyyətində olan “SpaceX” səhmlərindən bir ədəd hədiyyə edəcəyini açıqlayıb.

aia.az xəbər verir ki, Mask bu barədə “X” sosial media platformasında paylaşım edib.

“Gələn il Amerikadakı hər bir uşağa mənə məxsus “SpaceX” səhmlərindən birini bağışlayacağam. Bu, ilk belə addım olacaq və daha çoxu da ardınca gələcək”.

Rəsmi statistika göstərir ki, hazırda ABŞ-də 18 yaşdan kiçik təxminən 72 milyon uşaq var. Bir “SpaceX” səhminin birja dəyərinin təqribən 146 dollar olduğunu nəzərə alsaq, 72 milyon uşağa paylanacaq səhmlərin ümumi maliyyə həcmi 10.5 milyard dollara çatır.

Hələlik səhmlərin uşaqlara hansı hüquqi mexanizmlə və necə ötürüləcəyi ilə bağlı detallar açıqlanmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2026