İran ABŞ-ni yeni müharibə ilə hədələdi – Trampın qərarı nə olacaq?
Tarix: 19-10-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

İran və ABŞ arasında qarşılıqlı sərt bəyanatlar Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalını gündəmə gətirib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtona xəbərdarlıq edərək Tehranın da “yarımçıq işləri” olduğunu bildirib.
Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunu ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti addımlar barədə qərar verəcəyini açıqlaması isə gərginliyi artırıb.
Politoloq, professor Qabil Hüseynli hesab edir ki, mövcud şəraitdə ABŞ-nin İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlaması ehtimalı yüksək deyil.
Onun fikrincə, ABŞ daxilindəki siyasi fikir ayrılıqları və Tramp administrasiyasının üzləşdiyi çətinliklər yeni müharibə qərarının qəbuluna təsir göstərə bilər.
“ABŞ-də ciddi siyasi qarşıdurma yaşanır. Belə bir vəziyyətdə Vaşinqtonun yeni müharibəyə başlaması ehtimalını yüksək qiymətləndirmirəm”, – deyə politoloq bildirib.
Qabil Hüseynli ABŞ və İsrailin İranla bağlı strateji maraqlarının əsasən üst-üstə düşdüyünü də vurğulayıb. Onun sözlərinə görə, hər iki ölkə İranın regiondakı hərbi və siyasi təsirini məhdudlaşdırmaqda maraqlıdır.
Bununla belə, ekspert hesab edir ki, İsrailin daha sərt addımlar istəməsi ABŞ-nin mütləq yeni hərbi əməliyyata başlayacağı anlamına gəlmir.
“Hazırkı şəraitdə Vaşinqtonun yeni müharibədən daha çox siyasi və diplomatik təzyiq vasitələrinə üstünlük verəcəyini düşünürəm”, – deyə professor qeyd edib.
Politoloqun fikrincə, tərəflər arasında təhdidlər və hərbi gərginlik davam edə bilər. Lakin müharibənin yenidən başlanması ilə bağlı qəti nəticə çıxarmaq hələ tezdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-10-2026