Mobil versiya
Rusiyada terror planlaşdıran iki nəfər öldürülüb
Tarix: 19-04-2017 | Saat: 16:29
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rusiyada terror planlaşdıran iki nəfər öldürülüb



Rusiyada beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu bildirilən və ölkədə terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib. AzVision.az -ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şübhəli şəxslər saxlanılan zaman müqavimət göstərib.

Qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladimir vilayətində 1991 və 1987-ci il təvəllüdlü, Orta Asiya ölkələrinin birindən olan iki nəfəri zərərləşdiriblər. Onlar partlayıcı qurğuların hazırlanması texnologiyası ilə maraqlanıb və Rusiya ərazisində terror aktları törətməyə planlaşdırıblar.

Əməliyyat-axtarış tədbirləri zamanı partlayıcı qurğunun hazırlanması üçün istifadə olunan komponentlər, AK-74, PM tapançası və sursat tapılıb. Faktla bağlı cinayət işi açılıb

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə