Mobil versiya
ABŞ İranla nüvə razılaşmasına yenidən baxacaq
Tarix: 19-04-2017 | Saat: 11:46
Bölmə:Gündəm / Karusel | çapa göndər

ABŞ İranla nüvə razılaşmasına yenidən baxacaq



ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına (MTŞ) dünya birliyi ilə nüvə proqramına dair saziş çərçivəsində İran üzərindən sanksiyaların qismən götürülməsinin ölkə maraqlarına cavab verib-verməməsini araşdırmağı tapşırıb.

AzVision.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib. Konqresi administrasiyanın belə bir planın olması barədə məlumatlandırıldığını deyən R. Tillerson deyib ki, D. Trampın göstərişi ilə MTŞ sanksiyaların ləğvi ətrafındakı vəziyyəti araşdırıb, bu qərarın ABŞ-ın təhlükəsizlik üzrə dövlət maraqlarına uyğunluğu ilə əlaqəli hesabat hazırlamalıdır.

Eyni zamanda dövlət departamenti nümayəndələr palatasının spikeri Pol Rayana ünvanladığı məktubda bildirib ki, aprelin 18-nə olan vəziyyətə görə, razılaşmaya uyğun olaraq İran öz öhdəliklərinə əməl edir.

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. Lakin İranın yanvarın 29-da keçirilən yeni ballistik raketin sınağı ABŞ-ın bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi ilə nəticələnib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə