Mobil versiya
Məşhur milyarder Sarkisyana qarşı - Moskvadan müxalifətə pullar göndərilir
Tarix: 19-04-2017 | Saat: 11:33
Bölmə:Media / Manşet | çapa göndər

Məşhur milyarder Sarkisyana qarşı - Moskvadan müxalifətə pullar göndərilir



Ermənistanda Sarkisyanın qatı tənqidçisi kimi tanınan müxalifət fəalına Moskva milyarderi sponsorluq edir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda fəal müxalifətçi kimi tanınan Zaruhi Postanyan və onun yeni yaratdığı partiyanın sponsoru Moskvada yaşayan milyarder, "Ruçok İnvest" tikindi holdinqinin sahibi Ruben Tsolak Qriqoryandır.

Araşdırmalara görə, milyarder Moskvada saysız-hesabsız yaşayış binalarına, otellərə, böyük avtoparklara, "Olimpiya Plaza", "Nikolskaya Plaza", "Yeropkinski-16" ticarət obyektlərinə və digər daşınmaz əmlaklara malikdir.

"Forbes"in yaydığı məlumatda bildirilir ki, Qriqoryanın yalnız "Nikolskaya Plaza" ticarət mərkəzi 250 milyon dollar dəyərindədir.

Məlumatlara görə, müxalifətçi Zaruhi Postançıyan ötən ildən etibarən Qriqoryanla əməkdaşlıq edir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə