İran müharibəsi Rusiyanın gəlirlərinə təsir etdi – Göstərici 1,7 dəfə artdı
Tarix: 16-10-2026 | Saat: 19:45
Bölmə:Özəl | çapa göndər

Rusiyanın cari hesablar balansında 2026-cı ilin ilk səkkiz ayında əhəmiyyətli artım qeydə alınıb. Ölkənin Mərkəzi Bankının məlumatına görə, yanvar-avqust aylarında profisit 35 milyard dollara çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Belə ki, 2025-ci ilin müvafiq dövründə cari hesablar balansının profisiti 21 milyard dollar təşkil etmişdi.
Rusiya Mərkəzi Bankı artımın əsas səbəbi kimi mal ixracından əldə olunan gəlirlərin yüksəlməsini göstərib.
Təkcə avqust ayında profisit 3,3 milyard dollar olub. Bu, iyul ayındakı göstəricidən 2,1 dəfə yüksəkdir. Müqayisə üçün, 2025-ci ilin avqustunda Rusiyanın cari hesablar balansında 500 milyon dollarlıq kəsir qeydə alınmışdı.
ABŞ ilə İran arasındakı hərbi qarşıdurmanın dünya neft bazarında qiymət artımına səbəb olması da Rusiyanın ixrac gəlirlərinə təsir edən amillərdən biri kimi göstərilir.
Bundan əlavə, Tramp administrasiyasının Rusiya neftinə tətbiq olunan bəzi sanksiyaları müvəqqəti yumşaltmasının ölkənin enerji satışlarından əldə etdiyi gəlirlərə müsbət təsir göstərdiyi bildirilir.
Bununla belə, cari hesab profisiti yalnız neft gəlirlərindən ibarət deyil. Göstərici ölkənin xarici ticarətini, xidmətlər və digər beynəlxalq ödənişlərini də əhatə edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026