Azərbaycanda Türkiyədəki hansı siyasi partiyaya rəğbət bəsləyirlər?...
Tarix: 18-04-2017 | Saat: 18:35
Bölmə:Gündəm | çapa göndər
Türkiyədə keçirilmiş 16 aprel referendumunun nəticələri təkcə bu ölkənin daxilində deyil, hüdudlarından kənarda da, o cümlədən Azərbaycanda gündəmin əsas müzakirə mövzularından biridir. Ümumiyyətlə, Türkiyə siyasəti, qardaş ölkədə fəaliyyət göstərən partiyaların işi hər zaman Azərbaycan politoloqları, jurnalistlərimizin diqqətində olub. Bununla yanaşı, Türkiyənin siyasi partiyalarına Azərbaycanda müəyyən münasibət sərgilənib. Məsələn, bir zamanlar Azərbaycanda Milliyətçi Hərəkət Patiyasına (MHP) xüsusi rəğbət bəslənilirdi. Bəs indi vəziyyət necədir?
Modern.az saytı siyasi yazarlardan bu suala cavab istəyib.
Müstəqil jurnalist Azər Rəşidoğlu Azərbaycanda AKP-yə rəğbət bəsləyənlərin az olmadığını düşünür:
“Keçmiş SSRİ dönəmində MHP "əsir türklər" devizi ilə türkdilli respublikalara açıq rəğbət ifadə edirdi və bu səbəbə ülküçü hərəkata Azərbaycanda da açıq simpatiya var idi. SSRİ dağılandan və başbuğ Alparslan Türkeş dünyasını dəyişəndən sonra MHP də zəiflədi. Buna baxmayaraq, Azərbaycanda millətçi kəsimdə hələ də MHP-yə rəğbət qalır.
Hazırda Türkiyədə ən güclü partiya AKparti olduğuna görə və bu təşkilat islamçı şüarlarla çıxış etdiyindən Azərbaycanda da AKP-yə rəğbət bəsləyənlər az deyil. Lakin prezident Ərdoğan Osmanlıçılıq ideyası ilə çıxış etdiyinə görə tarixi Səfəvi dövlətinin sevdalıları ona mənfi münasibət bəsləyirlər. Eyni zamanda, Ərdoğanı məzhəbçi hesab edənlər də az deyil.
Digər kəsim - sekulyar insanlar da Ərdoğanı qəbul etmirlər. Şəxsən mənim üçün Türkiyədə kimin hakimiyyətdə olmasının heç bir dəxli yoxdur, mən Türkiyəni sevirəm və iqtidara kimin gəlməsindən asılı olmayaraq, bu rəğbətim dəyişməz qalacaq. Türkiyə ictimai-siyasi həyatında fəal olan general İlker Başbuğa da rəğbətim böyükdür”.
“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli hesab edir ki, Azərbaycanda Türkiyənin üzdə olan hər üç partiyasının dəstəkçiləri var:
“AKP-nin türk-islam xilafəti quracağına inananlar Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. Onlar cümhuriyyətin monarxiya-sultanlıqla əvəz olunacağına, Ərdoğanın sultan olacağına inanırlar və bunu türk dünyası üçün xeyirli hesab edirlər. Bu adamlar özləri də 3 qrupa bölünür.
1. Türkiyədə yaşayan və AKP-dən asılı insanlar. Onlar bu yola məcburən düşüblər. Çünki onlara işi, maaşı ərdoğançılar verir. Qəribədir ki, onların arasında keçmiş millətçilər də var.
2. Kor-koranə Ərdoğan xarizmasının cazibəsinə düşənlər.
3. Azərbaycanda və Türkiyədə yaşayan sələfi əqidəli insanlar. Onlar müsəlman dünyasının xilasını islam xilafətinin qurulmasında görürlər”.
E. Cəfərlinin fikrincə, Azərbaycandakı ateist yazarlar, sekulyar düşüncəli ziyalılar kamalçıları - cümhuriyyətçiləri dəstəkləyirlər:
“Onların sayı da az deyil. Rəsulzadə-Elçibəy siyasi xəttində olan, milliyyətçi düşüncəli insanlar MHP-ni dəstəkləyir. Ancaq MHP başqanı Dövlət Baxçalının son illər apardığı AKPyanlı siyasəti milliyətçiləri çətin vəziyyətə salıb. Belə çıxır ki, Alparslan Türkeşin partiyası monarxiyanı dəstəkləyir. Mənim fikrimcə, AKP ideoloqları Atatürkün yaratdığın sistemi dağıtmaqda yanlış hərəkət edirlər. Osmanlı xilafəti, türk islam xilafəti utopiyadır. Deyirlər kamalizm dönəmi qapanıb. Mən bunu əsaslı fikir hesab etmirəm. Türkiyənin qazandığı bütün uğurlar dinçi deyil, sekulyar, atatürkçü düşüncə ilə bağlıdır. Türkiyədə parlamentarizmi, demokratiyanı zəiflətmək olmaz. Dinçi düşüncə Türkiyənin son 90 ildə ildə əldə etdiyi uğurları məhv edəcək”.
E.Cəfərli hesab edir ki, indiki dinçi siyasət Türkiyəni cəhalətə aparır, türk və islam dünyasının gələcəyini düşünən insanlar, aydınlar demokratiyanı, parlamentarizmi, Türkiyəni din bataqlığından çıxarmış Atatürk ideyalarını dəstəkləməlidirlər.
“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy bildirib ki, bu gün Azərbaycan vətəndaşı ölkədəki, o cümlədən Türkiyədəki siyasi partiyalarla maraqlanmır:
“Reallıq bundan ibarətdir ki, bu gün Azərbaycan vətəndaşı hətta ölkədəki siyasi partiyalar haqqında da məsələn, 15-20 il əvvəlki dövrlə müqayisədə ciddi maraqlanmır, nəinki, Türkiyədəki siyasi partiyalarla. Bunun da obyektiv və subyektiv səbəbləri var. Siyasiləşmiş zümrədən söhbət gedirsə, əvvəlki dövrlərdə MHP ilə Azərbaycanı daha sıx tellər bağlayırdı. Son zamanlar MHP-nin bir sıra prinsipial və taleyüklü məsələlərdə hakim AKP ilə eyni mövqeni paylaşması birmənalı qarşılanmayıb, xüsusilə də referendum məsələsində.
Eyni zamanda, MHP-nin öz daxilində də bu məsələlərlə bağlı yekdil mövqe yoxdur. CHP-ni Azərbaycanla bağlayan tellərdən danışmağa dəyməz. Hətta ötən il partiya lideri Kamal Kılıcdaroğlu ilə Ankarada görüşdüyümüz zaman etiraf etdi ki, indiyədək, nəinki, Azərbaycandakı siyasi təşkilatlarla partiya səviyyəsində əlaqələr qurmayıb, hətta özü belə, Azərbaycanda olmayıb və dəvət olarsa, məmnunluqla qəbul edər”.
Elşad Paşasoyun fikrincə, ümumilikdə Türkiyədəki siyasi partiyalara rəğbət və sevgi məsələsində digərlərinə nisbətən, MHP daha öncül yerdədir:
“Türkiyənin hakim partiyasının davamlı qələbələri, proseslərdən uğurla çıxa bilməsi Azərbaycanda fərqli yozumlara səbəb olsa da, məncə, hazırda bu təşkilat populyarlığını daha çox saxlayır, bu da birmənalı şəkildə prezident Ərdoğanın aktivinə yazılmalıdır. Amma ümumilikdə rəğbət və sevgi məsələsində məncə, MHP daha öncül yerdədir, nəinki digərləri. Çünki bu partiyaya sevgi və sayğının tarixi onilliklərlə ölçülür, partiyanın yaradıcısı əfsanəvi Alparslan Türkeşə, onun keçdiyi yola, ideyasına, bozqurlara sevgi məsələləri var. Həm də unutmayaq ki, 90-cı illərin əvvəllərində Qarabağ savaşında Azərbaycan ordusu, könüllülərimizlə bir səngərdə Türkiyədən gəlmiş ülküçülər də döyüşürdü və torpaqlarımız uğrunda mücadilə verirdi. Bu, tariximizin şərəfli bir parçasıdır və milliyyətçilərə vəfa borcumuzun olduğunu da unutmamalıyıq. Amma məncə, bu gün MHP Türkiyənin bu günü və gələcəyi ilə bağlı qərarlarını AKP ilə bərabər verirsə, deməli, boşuna deyil və qardaş ölkənin bütövlüyü, güclənməsi, dünya düzənində sarsıdıcı zərbə almaması baxımından çox önəmlidir”.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov da öz fikirlərini bölüşüb:
“Ancaq öz adımdan danışa bilərəm ki, Doğu Perincəyə rəğbətim var. Real faydalı işləri ancaq o görür. “Erməni soyqırımı” məsələsində İsveç hökumətini məhkəməyə verdi və məğlub etdi, ermənilərlə mübarizə aparır, özü böyük maarifçi və savadlı ateistdir. Vaxtilə Türkiyə toplumunda ateizm ideyalarının təşəkkül tapmasında xeyli rol oynayıb. Türk dünyasının ən böyük aydını Turan Dursuna zamanında xeyli dəstək olub, onun din əleyhinə sərt və cəsarətli yazılarını dərc edib. Bir sözlə, böyük adamdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024