Bakı Şopinq Festivalından daha bir fürsət
Tarix: 18-04-2017 | Saat: 18:03
Bölmə:Gündəm | çapa göndər
Baku Electronics mağazası da Festivala qoşularaq alıcılar üçün xüsusi güzəşt kampaniyasına start verdi. Bu gündən etibarən Bakı şəhəri, Binəqədi şossesi ev 168B ünvanında yerləşən mağazasında endirimlər başladı.
Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 50%-dək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu