Deputatlar siqaretə "YOX" deyir - "Nə atam çəkib, nə də oğlum..."
Tarix: 18-04-2017 | Saat: 17:09
Bölmə:Gündəm / Karusel | çapa göndər
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Yevlaxda müşavirə keçirib. Ölkə başçısı müşavirədə mühüm məsələlərə toxunub. Prezident tütünçülüyün inkişafı ilə bağlı çıxışında siqaret çəkən insanlara öz məsləhətlərini verib:
"Siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq"
AzVision.az prezidentin bu çıxışı ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.
Deputat Vahid Əhmədov indiyə kimi siqaret çəkmədiyini deyib: “Bu yaşıma kimi siqaret çəkməmişəm. Heç dadını da bilmirəm. Hər kəsə məsləhət görürəm ki, mümkün qədər siqaretdən istifadə etməsinlər”.
Millət vəkili Tahir Mirkişili də siqaret çəkməyənlər sırasındadır: “Siqaret çəkmirəm, idmanla məşğul oluram. Siqaret çəkmək sağlamlığa böyük ziyandır. Xüsusilə gənc nəsil arasında siqaretə meylin artması hamımızı narahat edir. Son illər bu vərdişin azaldılması və insan orqanizminə ziyanları ilə bağlı ciddi təbliğat işləri aparılır. Bu istiqamətdə təbliğat daha da artırılmalıdır”.
Deputat parlamentin son iclasında I oxunuşda qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini dəstəklədiyini qeyd edib.
YAP-çı deputat Aydın Mirzəzadə: “Atam heç vaxt siqaret çəkməyib, özümdə çəkmirəm və oğlum da çəkmir. Sağlam həyat tərzinə üstünlük veririk. Ötən gün çıxışı zamanı prezident İlham Əliyevdən “Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm” sözünü eşitmək cəmiyyətin mütləq əksəriyyətinin ürəyindən oldu. Minlərlə insan cənab prezidentin bu fikirlərini dəstəkləyir”.
Millət vəkili Siyavuş Novruzov digər həmkarları kimi siqaret çəkmir və siqaretdən istifadə edənlərə bu vərdişdən uzaq olmağı məsləhət görür.
“Siqaret heç kimə xeyir gətirməyib. Siqaret çəkmək həm maddi, həm də mənəvi ziyandır. O baxımdan bu vərdişdən uzaq olsalar yaxşıdır”.
Deputat Fazil Mustafa bildirib ki, siqaretə qarşı allergiyası və düşmənçiliyi olan bir Azərbaycan vətəndaşı kimi bu çağırışı dəstəkləyir: "Siqaret həqiqətən millətimizin gələcəyi üçün ciddi təhlükədir. Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu bu mənasız vərdiş xeyli azaldır".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024