Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib -Fotolar
Tarix: 14-10-2026 | Saat: 14:54
Bölmə:Siyasət | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsindən sonra, yeni geosiyasi bir reallıqda, böyük ruh yüksəkliyi ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə oldu.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tapşırıq və tövsiyyələrlə zəngin olan, biz - partiya üzvləri üçün gələcək yol xəritəsi, gələcək fəaliyyət proqramı olan dərin məzmunlu, proqram xarakterli nitq söylədi.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı da VIII Qurultayda 13 nəfərlə təmsil olundu. Əlbəttə ki, hər bir partiya üzvü Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndə seçildiyi üçün fəxr edir, böyük qürur hissi keçirir.

Qurultaydan sonra rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir. Ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə rayon təşkilatının sədri, Aparatın əməkdaşları və Qurultay nümayəndələri iştirak edirlər.

Rayon təşkilatının Gənclər və İdman İdarəsi, Barxudarlı kənd, Qazax şəhər 1 saylı tam orta məktəb, Qazax rayon Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatlarında bu yönümdə görüşlər keçirilib.

Görüşlərdə çıxış edən rayon təşkilatının sədri Anar Nəbiyev Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, verilən tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımı tapşırıq və tövsiyyələrini verib.

Görüşlərdə çıxış edən partiya üzvləri Möhtərəm Prezidentimizin Qurultaydakı proqram xarakterli nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2026