Mobil versiya
İlham Əliyev İsmail Serageldini qəbul edib - FOTO
Tarix: 26-06-2015 | Saat: 09:35
Bölmə:Siyasət / Seçilənlər-5 / Manşet | çapa göndər


Dövlət başçısı İsgəndəriyyə Kitabxanasının direktoruna orden təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Aia.az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim etdi.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə etdi və bundan böyük şərəf hissi duyduğunu dedi. Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını dedi və kitabın ilk nüsxəsini Prezident İlham Əliyevə təqdim etdi. İsmail Serageldin bildirdi ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.

Dövlətimizin başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İsmail Serageldinin fəaliyyətini yüksək qiymətləndirdi, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd etdi.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə