"Belə seçkini heç Avropada görməmişik" - Deputat Əmiraslanov
Tarix: 17-04-2017 | Saat: 16:27
Bölmə:Siyasət | çapa göndər
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçirilmiş ümumxalq səsverməsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, TBMM-də keçirilən mətbuat konfransında TÜRKPA Beynəlxalq Müşahidə Missiyası üzvləri Azərbaycandan olan deputatlar Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Qazaxıstan Senatının deputatı Manap Kubenov və Qazaxıstan Məclisinin deputatı Bekbolat Tileukhan iştirak edib.
Seçkiləri müşahidə edən millət vəkilləri bildirib ki, Türkiyədə seçkilər ölkə qanunlarına və beynəlxalq standartlara uyğun keçirilib. Qeyd olunub ki, səslərin sayılması prosesi də son dərəcə şəffaf həyata keçirilib.
Seçki zamanı qanundan kənar bir hala rast gəlmədiklərini, ədalətli və obyektiv seçkinin keçirildiyini deyən azərbaycanlı millət vəkili Ə. Əmiraslanov bildirib ki, alınan nəticələr real və obyektivdir: “Seçkiyə maraq böyük idi və vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdiriblər. Başqa ölkələrdə, hətta Avropa ölkələrində seçkidə belə bir fəallığı heç vaxt görməmişik”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024