Mobil versiya
Şeyxdən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı vəziyyətə MÜNASİBƏT
Tarix: 15-04-2017 | Saat: 17:33
Bölmə:Gündəm / Karusel | çapa göndər

Şeyxdən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı vəziyyətə MÜNASİBƏT



Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

AİA.Az AZƏRTAC-a istinadən xəbər verir ki, şeyxülislam baş verənlərlə bağlı artıq hər kəsin məlumatlı olduğunu qeyd edib.

O deyib: "Biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlət başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız Prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə