Mobil versiya
Avropa İttifaqı Azərbaycan vətəndaşları üçün vizanı ləğv edir?
Tarix: 15-04-2017 | Saat: 13:11
Bölmə:Siyasət / Manşet | çapa göndər

Avropa İttifaqı Azərbaycan vətəndaşları üçün vizanı ləğv edir?



Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin ləğv edilməsi müzakirə olunur. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.

XİN rəsmisi bildirib ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir. Onun sözlərinə görə, sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır.

“Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə AzVision.az-a bildirib ki, vizaların ləğvi Azərbaycanın maraqlarına uyğundur və bu məsələ hazırda gündəmdədir.

"Azərbaycan və Avropa Birliyinin çoxşaxəli tərəfdaşlığı mövcuddur. Hazırda tərəfdaşlıq sazişi üzərində işlənilir. Bu saziş bir neçə sahəni əhatə edəcək".

Deputat vurğulayıb ki, yeni sazişin tərkib hissələrindən bir həm Azərbaycan, həm də Avropa Birliyi tərəfindən vizaların ləğv edilməsi məsələsidir: “Bir sıra ölkələrlə viza rejiminin ləğvi həm Avropa Birliyinin, həm də Azərbaycanın maraqlarına uyğundur. Hazırda bu istiqamətdə danışıqlar gedir və ümidvarıq ki, danışıqlar uğurla nəticələnəcək”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024