"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov
Tarix: 01-10-2026 | Saat: 11:01
Bölmə:Manşet / Media | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səyləri zəruri edir.
aia.az xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunda çıxışı zamanı bildirib.
Xələf Xələfov bildirib ki, Azərbaycan sədrliyinin gündəliyində media sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir: "Vahid informasiya məkanında peşəkar təcrübə mübadiləsinin aparılması, dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi və məsuliyyətli jurnalistika prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq münasibətlər sisteminin dərin transformasiya keçirdiyi hazırkı dövrdə suverenlik və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər və dezinformasiya ilə yanaşı, ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər də beynəlxalq gündəliyin mühüm məsələlərindəndir".
X.Xələfov qeyd edib ki, beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün etibarlı əsas olaraq qalır. "Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması davamlı sülhün təmin olunmasının əsas şərtlərindəndir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-10-2026