Mobil versiya
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
Tarix: 14-04-2017 | Saat: 13:41
Bölmə:Gündəm | çapa göndər

İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi



Milli Məclisinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təsdiq edilməsi məsələsinə baxılıb.
Namizədlər barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

Komitə sədri bildirib ki, İTV-nin Yayım Şurasının üzvlüyünə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, jurnalist Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Səsvermədən sonra İTV-nin Yayım Şurasının üzvlüyünə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, jurnalist Azər Həsrət, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov seçilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə