Mobil versiya
Türkiyədə qanlı terrorun qarşısı alındı
Tarix: 14-04-2017 | Saat: 13:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Türkiyədə qanlı terrorun qarşısı alındı



İstanbulda hüquq mühafizə orqanları tərəfindən İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyat keçirilib.

AİA.az yerli mətbuata istinadən xəbər verir ki, şəhərin 3 bölgəsində eyni vaxtda keçirilən əməliyyatlarda beş nəfər həbs edilib.

Araşdırma zamanı məlum olub ki, həbs edilən şəxslər aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terror aktları törətməyi planlaşdırıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bundan başqa Mersin Vilayətində də İŞİD-in 12 üzvü tutulub. Onlar da aprelin 16-da ölkədə terror törətmək niyyətində olublar. İŞİD-çilərindən üzərindən qadağan olunmuş ədəbiyyat və silah-sursat aşkar edilərək götürülüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024