Mobil versiya
1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO
Tarix: 13-04-2017 | Saat: 19:44
Bölmə:Media / Karusel | çapa göndər

1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO





Monqolustan dağlarından 1100 il əvvələ aid olduğu təxmin edilən çürümüş qadın cəsədi tapılıb.



Milli.Az "Mirror"a istinadla bildirir ki, 30-40 arası yaşı olduğu ehtimal edilən qadının cəsədində diqqət çəkən müəmmalı məqamlar var. Belə ki, onun ayağındakı qırmızılı-qaralı ayaqqabı məşhur "Adidas" firmasının ayaqqabılarını ağla gətirir.



Onun basdırıldığı məzardan ayaqqabıdan əlavə, çanta, daraq və güzgü də tapılıb.



Arxeoloqların fikrinə görə, qadın, dəbdəbəli görünsə də, nə kral nəslindən olub, nə də elit təbəqədən.

O, torpağa at və metal üzəngi ilə basdırılıb ki, üzəngi bu gün də istifadə oluna biləcək qədər yaxşı vəziyyətdə qalıb.



Alimlər düşünür ki, qadın 1100 il öncə Altay dağlarında aldığı ciddi kəllə travmasından ölüb. Lakin səbəbi məlum deyil.

Onun uzun müddətlik əziyyətlə təmizlənən uzun boğazlı çəkməsinin üzərindəki qırmızı zolaqlar "Adidas" firmasının emblemi ilə eynilik təşkil edir.

Bu gün The Siberian Times-da yayılan yeni şəkillər də sübut edir ki, ayaqqabının üzərindəki zolaqlar qırmızı rəngdədir.


Bəxtiyar Umarlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024