Mobil versiya
Pəhriz, qida qəbulu və bəzi vərdişlər
Tarix: 11-04-2017 | Saat: 22:08
Bölmə:Gündəm | çapa göndər

Pəhriz, qida qəbulu və bəzi vərdişlər








Uzun illərdən bəri sağlamlığı qorumaq üçün qəbul edilən bəzi qaydalar var və onlara əməl edilməməsi hansısa xəstəlik və fəsadlara aparıb çıxarır. Lakin necə deyərlər, əbədi heç nə yoxdur. Bir sıra alim və həkimlərin təcrübələri indiyə qədər mövcud olan həmin qaydalara doqma kimi yanaşmağın düzgün olmadığını göstərir. Hətta onlardan elələri var ki, ilk baxışdan qəbuledilməz təsir bağışlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Təbii Elmlər Akademiyasının fəxri professoru, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov deyib: "Yatmazdan əvvəl qəhvə içməyin zərərli olması barədə kifayət qədər çox danışılıb. Lakin yapon alimləri apardıqları təcrübədə iştirak edənlərə yatmazdan əvvəl 200 ml qəhvə içiriblər. Yuxudan oyanandan sonra iştirakçılar özlərini yaxşı hiss edib və gümrah olduqlarını söyləyiblər. Təcrübədə iştirak edib qəhvə içməyənlərdə isə əzginlik, çətin oyanma və digər xoşagəlməz hallar müşahidə edilib. Belə bir nəticəyə gəlmək olar ki, günorta yuxusundan əvvəl içilən qəhvə gecə qəbul olunandan fərqli olaraq gümrahlıq yaradır.

Beynəlxalq Stomatoloji Akademiyanın üzvü Hovard Geymblinin fikrincə, bir çox qida maddələrinin, məsələn, sitrus meyvələri, pomidor, idmançılar üçün içkilərin tərkibində olan turş maddələr diş emalını zədələyir və yumşaldır. Yemək yeyən kimi dişlərin təmizlənməsi emalın tez xarab olmasına və sıradan çıxmasına səbəb olur. Ona görə də yeməkdən sonra 40-60 dəqiqə gözləmək və yalnız bundan sonra dişləri fırçalamaq lazımdır.

Eyni çəkidə olan iki qadından biri mütəmadi olaraq idmanla məşğul olur, digəri isə heç vaxt idman etmir. Təbii olaraq idmanla məşğul olanının çəkisini əsasən əzələ kütləsi, idmanla məşğul olmayan qadının çəkisini isə əsasən piy kütləsi təşkil edir. Piy toxuması əzələ kütləsinə nəzərən daha yüngül və həcmli olduğundan idmanla məşğul olan qadının bədəni və geyindiyi paltarlar o birinə nisbətən 1-2 ölçü kiçik olacaqdır".

F.Mahmudov sağlam həyat tərzi ilə əlaqədar daha bir neçə məqama toxunub: "Acanda bir neçə peçenye yeyilməsi aclığı müvəqqəti azaldır və müəyyən vaxtdan sonra yenidən qidalanma zərurəti yaradır. Bunun əvəzinə lazımi qədər qida qəbul edilsə, arada aldadıcı yeməklərə ehtiyac yaranmaz. Bəzən isə pəhrizdə "oturanlar" aclığa qarşı dözümsüzlük göstərərək yemək yeyənə qədər bəzi yüngül qidalarla mədəsini doldurur, mənzil başına çatan kimi pəhrizə uyğun qida qəbul edir. Ona görə də məsləhətdir ki, arada yeyilən peçenye, tort və digər şirniyyatlar qoz, şabalıd, fındıq və s. çərəz və meyvələrlə əvəz edilsin.

Çoxlarına elə gəlir ki, ətrafların şişkinliyi zamanı az maye qəbul etmək lazımdır. Dünya alimləri belə nəticəyə gəliblər ki, ödem zamanı çox miqdarda su qəbul edilməsi daha yaxşı təsir göstərir. Sellüloza ilə bol olan diyetik qida qəbul edilibsə, mütləq çoxlu su içmək lazımdır. Bu, həmin qidanın su ilə tam qarışması və həzm üçün asan hala gəlməsi üçün edilir.

Ekvatora yaxın olan bir sıra ölkələrdə hava çox isti olur və orada yaşayanlar soyuq su yox, əsasən isti çay və ya qəhvə içirlər. Nəticədə güclü tərləmə əmələ gəlir və sərinləmə baş verir".

Fitoterapevt-alim daha sonra deyib: "Çox gərgin iş gününün sonunda idman etmək məsləhət görülür. Xüsusilə sinir sistemi yorğun olarkən orqanizmi idman hərəkətləri ilə yükləmək divanda uzanmaqdan daha faydalıdır. İdmanla məşğul olanda oksigenə daha çox ehtiyac duyulur və bütün mübadilə prosesləri sürətlənir. Nəticədə yorğun olan kəs özünü daha yaxşı və gümrah hiss edir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə