Mobil versiya
Qardaşı qızını qaçırtdığı deyilən əmidən şok sözlər: "Mən sonsuzam, əkiz uşaqlar da..."
Tarix: 10-04-2017, 16:11 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Karusel | çapa göndər

Qardaşı qızını qaçırtdığı deyilən əmidən şok sözlər: "Mən sonsuzam, əkiz uşaqlar da..."



Günlərdir ki, Gəncədə baş verən biabırçı olayla bağlı müzakirələr səngimək bilmir. 3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması barədə yayılan xəbərlər çox olsa da həqiqətlər hələ də üzə çıxmır.

Həsən Səfərovun həyat yoldaşı Həmidə Səfərova isə iddialarında israrlı olmaqda davam edir.

AİA.Az xəbər verir ki, tükürpədici olayda adı hallanan Həsən Səfərov məsələyə son qoymaq və barəsində yayılan xəbərlərə aydınlıq gətirmək üçün cebhe.info-ya şok hesab edilə biləcək açıqlama ilə çıxış edib.

Qeyd edək ki, H.Səfərovla əlaqə yaratmağa onun qohumları kömək edib. Dediklərinə görə, yayılan xəbərlərdən sonra Həsən Səfərov intihar həddinə çatdığına görə qohumları onu tək qoymur.

"Ləkə olaraq qaldı..."

Həsən Səfərov barəsində yayılanlardan çıxılmaz vəziyyətdə qaldığını ifadə edərək, ruhi xəstə adlandırdığı həyat yoldaşının olmazın böhtanlarına, qarayaxmalarına tuş gəldiyini deyib: "Bu olaydan o tərəfi yoxdur. O, məni bütün Azərbaycanda biabır etdi. İnanın ki, mən çarəsizəm, küçəyə, qohum-əqrəba içinə çıxa bilmirəm. Hər kəsin yanında başıaşağı olmuşam, bu, bir ləkə olaraq qaldı... Heç kəsə inandıra bilmirəm ki, bu qadının psixoloji problemləri var, ruhi xəstədir. Belə getsə, özümü öldürəcəyəm. Artıq məni intihar həddinə gətirirlər. Mətbuatda, sosial şəbəkələrdə kim nə istəyirsə, barəmdə yazır. Belə olmaz axı... Bu adam tək məni yox, bacımı da şərləyib. Hələ o vaxt çatanın yanında deyirdi ki, Həsən mənim yanımda deyil, anasının yanında yatır. Bilin ki, mən sonsuzam, övladım olmur. Əkiz qızlarım süni mayalanma ilə olub".

Həmidə ilə belə evləndi...

2011-ci ilin aprel ayları idi. Bir sinif yoldaşım vardı. Gəldi ki, Həsən, niyə evlənmirsən? Dedim kasıb oğlanam, imkanım yoxdur. Dedi, mən sənə kömək edərəm, bir qız var gedək baxaq. Qızla cəmi bir dəfə görüşmüşdük. Həftədə iki-üç dəfə zəng edirdi ki, elçi gəlmirsiniz? Nəyisə anamgili götürüb getdik və razılığını aldıq. Maşına oturub evə gəlirdik ki, məcburi qızı yanımızda oturtdular ki, qızı da aparın. Beləcə evləndik. Hələ iki-üç gün keçmişdi, ağzı söyüşlə açılırdı. Mən onun öhdəsindən gələ bilmirdim.

Təkrar mübahisələrimiz yarandı. Ondan sonra çıxıb camaat arasında yaydı ki, Həsən sonsuzdur, onun övladı olmur. Kim istəyirsə, gəlib barəmdə maraqlana bilər ki, mən necə insanam. Zibilliklərdən zülm çəkə-çəkə çörək pulu qazananam. Pul üçün heç kimə möhtac olmamışam. Heç kimin də anasına, bacısına, qızına pis gözlə baxmamışam. Həyatımda yalnız Həmidə olub. Əksinə, bu qadın özü problemlidir. 2016-cı ildə boşanma üçün məhkəməyə müraciət etmişəm. Gəncədən Beyləqana məhkəməyə gəlmək üçün taksiyə 50 manat pul verib gəldim. Halbuki o pulu günlərdir zülm çəkib qazanmışdım. Məhkəmə cəmi 3 dəqiqə çəkdi, bizi boşamadılar ki, üçüncü uşaq doğulsun, DNT testi verilsin sonra boşanma olsun".

"Getsin uşağın atasını axtarsın..."

Həsən Səfərovun iddiasına görə, həyat yoldaşının dəfələrlə taksilərdən düşdüyünün, evdən kimisə çıxartdığının şahidi olub. Məhz yüngül həyat tərzi keçirməsindən və üçüncü övladının ondan olmamasından əmin olduğu üçün boşanmaq istəyib. Buna baxmayaraq, məhkəmə onları boşamayıb: "Bu qadın mənim başıma olmazın müsibətlər gətirib. Yenə də iki qızıma görə keçmişəm. Həmidə Beyləqanda atasıgildəydi. Bir dəfə Beyləqan Polis İdarəsindən mənə zəng oldu ki, Həmidə Səfərova sizin həyat yoldaşınızdır, dedim, bəli... Dedi evdən qaçıb, bacısı onu axtarışa verib. Soraqlayanda öyrəndik ki, Gəncənin sığınacağındadır. Bazarlıq edib ora getdim. Neyləyim, ortada uşaqlar var. Dedi 6 aylıq hamiləyəm, uşaq səndəndir. Dedim ki, yaxşı məndəndir...

Sığınacağın rəhbəri ilə danışdım. Bütün nəslimi tapdalayıb qızı kirayə evə çıxardım. Kirayəyə gələndə özü ilə Alidə adlı qız gətirmişdi. Sonra adımı həmin qızla adımı çıxardı ki, guya mən o qızı qaçırmışam. Bir ay ərzində üç dəfə kirayə dəyişdim. Dəfələrlə damarını kəsib, tövləyə girib ki, özünü assın. Psixi xəstədir o... Sağ əlində bir uşaq, sol əlində bir uşaq...Onlara işgəncə verir. Dəfələrlə deyirdim ki, əsəbindən uşaqları vurma...Uşaqları əlindən alanda isə hədələyirdi ki, yaxına gəlsən, onları öldürəcəyəm. Gündə bir taksidən düşürdü...Onu kimi qadını kim saxlayar? Pəncərədən evə adam salır... Mən onu istəmirəm, evimdən də çıxsın. Yalnız öz uşaqlarımın alimentini verə bilərəm. Özgəsinin uşağına niyə baxmalıyam? Getsin qucağındakı uşağın atasını axtarsın..."

"Özümü yandıracağam..."

Həsən Səfərovun sözlərinə görə, bu olaydan sonra Həmidə Səfərova gedib evində oturub, oradan çıxmır: "Nə boşanır, nə də evimdən çıxır, üstəlik özü ilə də bir uşaq gətirib ki, buna da aliment verməlisən. Neyləyim mən, özümü ondan ötrü yandırım? Başımla cavabdehəm ki, üçüncü uşaq məndən deyil... İndi də xəbər yayıb ki, Həsən məni öldürəcək. Mənim nə gücüm var ki, onu öldürüm? Evimə yaxın düşə bilmirəm, o dəqiqə polisləri ora yığır. Əgər özümə qəsd etsəm, bunu mediadan bilin. Çünki kim nə istəyir yayır..." H.Səfərov qardaşı qızını qaçırması ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib: "Martın 9-u qardaşım qızı mənə zəng etdi ki, ərimlə yola getmirəm. Çıxıb getmək istəyirəm, aparırsansa sən apar, aparmırsansa, özüm gedim...

Qardaşına zəng etdim ki, bacın həyat yoldaşı ilə dolanmır, neyləyək? Dedi mən də Bakıya getmək istəyirəm, onda bizi avtovağzala yola sal. Martın 10-u aparıb onları yola saldım. Hər ailədə söz-söhbət olur. Mən isə Şəmkirə bostanda işləməyə getdim. Aradan 10-15 gün keçmişdi. Eşitdim ki, məni xəbərlərə veriblər. Niyə? Guya ki, Güneli mən Bakıya aparmışam. Mən aparmamışam. Ondan sonra hamımız Polis İdarəsində izahat verdik ki, belə bir şey olmayıb". Səfərovlar ailəsi hazırda polis əməkdaşları ilə birlikdə Günelin həyat yoldaşını axtarır. Həsən Səfərov deyir ki, o, hara gedibsə, tapa bilmirlər. Amma Günel atasının evindədir: "Mən dəfələrlə açıqlama vermişəm ki, belə bir olay yoxdur. Bu millət niyə anlamır? "



5620 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930