Mitinq başa çatdı - FOTOLAR (Yenilənib)
Tarix: 08-04-2017 | Saat: 17:16
Bölmə:Siyasət / Karusel | çapa göndər
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Ümumilikdə isə mitinqdə cəbhəçilər və dindarlar çoxluq təşkil edib.
***
İnsanlar vaxtından tez "Məhsul" stadionunu tərk etməyə başlayıblar. Az keçmədən mitinq başa çatıb.
***
Milli Şuranın mitinqində gülməli anlar yaşanıb. AXCP sədri Əli Kərimli çıxışında deyib ki, Azərbaycanda 45 ildir ki, hakiyyət dəyişmir və ölkəyə YAP rəhbərlik edir. Bu il 25 yaşı tamam olacaq hakim partiyanın 45 il hakimiyyətdə olması necə mümkündür?
Əli Kərimlinin dili yalana o qədər öyrəşib ki, 26 yaşlı ölkədə 45 il hakimiyyətin dəyişmədiyini deməkdən belə çəkinmir.
***
Mitinqə gələnlərin çoxu Avropaya mühacir statusu ilə getmək istəyənlərdir. Onlar fotoqraflara pul təklif edərək mitinqdən şəkillərinin çəkilməsini xahiş edirlər.
***
Müxalifətin radikal qanadı olan Milli Şuranın saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb. Buna səbəb Əli Kərimli və Cəmil Həsənlinin stadiona gec gəlməsidir. "Məhsul" stadionuna çox az sayda adam toplaşıb.
Əli Kərimlinin tərəfdarları təxribat məqsədi ilə mitinqə dini şüarlar yazılmış plakatlarla gəliblər.
Hazırda mitinq davam edir.
Qeyd edək ki, ölkənin digər müxalifət partiyaları Milli Şuranın mitinqindən imtina ediblər. Müsavat, KXCP, AMİP, ALP, ADP, Ümid və digər partiyalar mitinqə qatılmayacaqlarını öncədən bəyan ediblər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024