Dini materialların qanunsuz yayılmasının qarşısı alınıb
Tarix: 08-04-2017 | Saat: 16:18
Bölmə:Gündəm | çapa göndər
Paytaxt və bölgələrdə dini materialların qanunsuz yayılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində "Dini etqat azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.
Paytaxtın Nizami, Yasamal rayonlarında, eləcə də Şirvan və Tərtərdə keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.
Həmin şəxslərdən 189 ədəd dini təyinatlı ədəbiyyat, 18 ədəd CD disk aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Aİa.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024