Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ
Tarix: 07-04-2017 | Saat: 16:58
Bölmə:Siyasət / Manşet | çapa göndər
Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.
AİA.Az Trend-ə istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.
Onun sözlərinə görə, problemin yaranmasının səbəblərindən biri də bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.
M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir:
"Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024