Mobil versiya
Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçib
Tarix: 07-04-2017 | Saat: 14:59
Bölmə:Gündəm / Manşet | çapa göndər

Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçib



"Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevada aprelin 30-da təşkil olunacaq "Bakı Marafonu 2017”-də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.

AİA.az xəbər verir ki, bu barədə Report-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.

"Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyəG.Əliyeva əlavə edib.

Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə