Mobil versiya
Cinayətdə şübhəli bilinən 90 nəfər saxlanıldı
Tarix: 07-09-2026 | Saat: 11:12
Bölmə:Ölkə | çapa göndər

Cinayətdə şübhəli bilinən 90 nəfər saxlanıldı


Sentyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026