Azərbaycanın ərazi bütövlüyünü tanıyan İrəvanda qondarma rejimin “35 illiyi” - Xankəndidən, Şuşadan qaçan siçovullar tədbirdə - FOTOLAR
Tarix: 03-09-2026 | Saat: 00:16
Bölmə:Dünya | çapa göndər

Ermənistanda Qarabağdakı keçmiş qondarma separatçı rejimin yaradılmasının 35-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Azərbaycanla sülh sazişinə can atdığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən rəsmi İrəvanın separatçı çağırışlara açıq şəkildə yol verilməsi fonunda hansı mövqe tutacağı diqqət çəkir.
aia.az xəbər verir ki, keçmiş qondarma rejimin “parlamentinin” sədr səlahiyyətlərini icra edən Qagik Baqunts İrəvandakı “Yerablur” hərbi panteonunda jurnalistlərə bildirib ki, separatçı qurumun yeni “parlament sədrinin” seçilməsi məsələsi müvəqqəti dayandırılıb.
Baqunts Qarabağdan Ermənistana köçdükdən sonra bütün addımlarını Ermənistanın özünə zərər verməmək prinsipi ilə hesabladıqlarını söyləyib. Ermənistan hakimiyyətinin onların fəaliyyətinə təzyiq göstərib-göstərmədiyi barədə suala isə birbaşa cavab verməyib. Bununla belə, Ermənistan rəhbərliyinin onların gündəliyinə dəstəyinin mane olmayacağını bildirib.
Sentyabrın 2-də İrəvandakı “Yerablur” panteonuna keçmiş qondarma rejimin nümayəndələri, Ermənistan parlamentinin müxalif deputatları və din xadimləri toplaşıblar. Tədbirdə Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki “Ermənistan” fraksiyasının nümayəndəsi Seyran Ohanyan, keçmiş qondarma rejimin “dövlət naziri” Njdə İskandaryan, Artak Beqlaryan və digər şəxslər iştirak ediblər.
Mərasimə vaxtilə Azərbaycanın Kəlbəcər rayonundakı Xudavəng (Dadivank) monastırının qondarma ruhani rəhbəri olmuş Ovanes Ovannisyan da qatılıb. Erməni mənbələrinin məlumatına görə, Ovannisyan hazırda İrəvandakı “Yerablur” ərazisində yerləşən Müqəddəs Vardan Şəhidlər kilsəsində xidmət edir.
Bütün ermənilərin katolikosu II Qaregin də bununla əlaqədar Eçmiədzində dini mərasim keçirib. Böyük Kilikiya Evinin katolikosu I Aram isə daha irəli gedərək Qarabağ separatizminin gündəmdən çıxarılmamasına çağırıb. O, qondarma “Artsaxın müstəqilliyi” məsələsinin erməni gündəliyində prioritet mövqe tutmalı olduğunu bildirib və separatçı layihənin “bərpası uğrunda mübarizə” çağırışı edib.
Bu çağırışlar Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi şəraitdə xüsusilə diqqət çəkir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb. Belə olan halda Ermənistan ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəfə alan separatçı strukturların fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi ortaya çıxır.
Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşdırılmasında səmimi olduğunu göstərmək istəyirsə, öz ərazisində Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışların və keçmiş qondarma rejimin “dövlət strukturları” adı altında fəaliyyətinin qarşısını qanunvericiliyinə uyğun şəkildə almalıdır. Cinayət tərkibi yaradan konkret hərəkətlər və çağırışlar varsa, həmin şəxslər barəsində hüquqi tədbirlər görülməlidir. Əks halda separatçı strukturların Ermənistan ərazisində sərbəst fəaliyyət göstərməsi Bakıda İrəvanın sülh gündəliyinin səmimiliyinə dair ciddi suallar yarada bilər.
Xatırladaq ki, 2 sentyabr 1991-ci ildə Xankəndidə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və Şaumyan rayonunun yerli sovetlərinin birgə iclasında Azərbaycanın ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdi.
SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Konstitusiyanın 87-ci maddəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti birbaşa Azərbaycan SSR-in tərkibində göstərilirdi. Separatçıların qondarma quruma DQMV-nin tərkibinə daxil olmayan Şaumyan rayonunu da qatması onların hüquqi arqumentini daha da problemli edirdi.
Separatçı dairələr bu qərara hüquqi don geyindirmək üçün SSRİ-nin 3 aprel 1990-cı il tarixli qanununa istinad edirdilər. Lakin həmin sənəd DQMV-yə Azərbaycanın tərkibindən birtərəfli qaydada ayrılaraq ayrıca dövlət yaratmaq səlahiyyəti vermirdi.
Qondarma rejim mövcud olduğu bütün dövr ərzində beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmadı. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda suverenliyini tam bərpa etdikdən sonra separatçı struktur özünü buraxdığını elan etdi.
İndi isə həmin qondarma qurumun keçmiş nümayəndələrinin Ermənistan ərazisində “parlament”, “müstəqillik” və separatçı layihənin “bərpası” barədə açıq danışması Azərbaycan-Ermənistan sülh prosesi fonunda rəsmi İrəvan qarşısında ciddi siyasi və hüquqi suallar yaradır.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-09-2026