"Xarici kanalların reklamları məhdudlaşdırılır" - Nuşirəvan Məhərrəmli
Tarix: 05-04-2017 | Saat: 15:00
Bölmə:Gündəm | çapa göndər
“2002-ci ildə “Televiziya və radio yayımı haqqında” qanun qəbul olunduqda kabel bəkəsi o qədər də inkişaf etməmişdi. Lakin zaman bu sahədə böyük dəyişikliklərin baş verməsinə gətirib çıxardı və bu da yeni qanuna etiyac yaratdı”.
AzVision.azxəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
MTRŞ sədri bildirib ki, bu gün ölkəmizdə 32 qurum bu işlə məşğul olur: “Əvvəl kabel şəbəkəsi Bakı şəhərinin cüzi bir hissəsində idi. Amma indi Bakı, Sumqayıt, Gəncə və Mingəçevr bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdısa, hazırda 100-dən çox kanala baxa bilirlər”.
N.Məhərrəmli qeyd edib ki, son 1 ildə 15 hüquqi şəxs yayımla məşğul olmaq üçün MTRŞ-ya müraciət edərək lisenziya alıb:
“Kabel şəbəkəsi yayımı çox böyük əhəmiyyət kəsb edir. Yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Xarici ölkə kanallarının ölkəmizdə yayımlanması ölkə televiziyalarının reklam gəlirlərinə birbaşa ciddi zərbədir. Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, qanun layihəsində bu məsələlərə yer ayrılıb. Bu, qanun bir çox məsələlərin həllində kömək olacaq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024