Mobil versiya
Putindən MDB ölkələrinə terror xəbərdarlığı
Tarix: 05-04-2017 | Saat: 14:38
Bölmə:Gündəm / Manşet | çapa göndər

Putindən MDB ölkələrinə terror xəbərdarlığı



Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb. Görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir:

“Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər”.

O, qeyd edib ki, terrorla mübarizə davam etdirilməldiir: “Sankt-Peterburq metrosunda partlayış təsdiq edir ki, terror baxımından vəziyyət yaxşılaşmır, bütün MDB ölkələri terror aktlarının potensial obyektləridir”.

Putin, həmçinin əmin olduğunu bildirib ki, toplantı iştirakçıları vacib məsələləri ətraflı müzakirə edəcək və ən perspektivli əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər.

Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə