Mobil versiya
Sarkisyan seçki günü jurnalistləri döydürüb
Tarix: 05-04-2017 | Saat: 14:37
Bölmə:Gündəm / Karusel | çapa göndər

Sarkisyan seçki günü jurnalistləri döydürüb


Ötən gün Ermənistan mətbuatında parlament seçkiləri zamanı jurnalistlərə qarşı zorakılıq və təzyiqlərin edilməsi ilə bağlı yazının dərc olunmasından sonra bu ölkənin Baş Prokurorluğu faktla əlaqədar araşdırma aparmağa məcbur qalıb.

Ermənistan prokuroroluğun apardığı tədqiqatlardan sonra, 10 şəxsdən beşinin- "Azadlıq" radiosunun müxbiri Sisak Qabrielyan, «Araratnews.am» saytının müxbiri Şoğik Qalstyan, «Newsbook.am» xəbər agentliyinin müxbiri Armine Avetisyan, "Hetq" saytının müxbiri Qrişa Balasanyan və Gümrüdə 32/31 saylı seçki məntəqəsində "Armtimes.com» xəbər agentliyinin müxbiri Narek Kirakosyan "səlahiyyətlərinə maneə olmaq və onlara təzyiq edilməsi" səbəbiylə polis şöbələrinə müraciət edib.

İlkin olaraq iki jurnalistin işi ilə bağlı istintaq başladılıb. Digərlərinin işi ilə əlaqədar istintaq ənməliyyataları davam edir.

Bununla yanaşı 9/29 seçki məntəqəsində «Armtimes.com» xəbər agentliyinin jurnalisti Tirayr Muradyan, Sari Tağda 10/3 saylı seçki məntəqəsində «Newsbook.am» xəbər saytının müxbiri Kristine Poğosyan, Ararat vilayətinin Şahumyan kəndinin 12/35 seçki məntəqəsində «Tert.am» saytının müxbiri Ani Qevorqyan, Camparaqın 20/24 saylı seçki məntəqəsində "Azadlıq" radiosunun jurnalisti Narine Qaleçyan və 6/01 saylı seçki məntəqəsində «NEWS.am» xəbər agentliyi müxbiri Lusine Şahbazyanın səlahiyyətlərinin həyata keçirilməsində maneəçiliklə bağlı məlumatlar Ermənistan polis ərazi bölmələrinə göndərilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə