TAP layihəsi təxirə salına bilər – Rusiya amili
Tarix: 05-04-2017 | Saat: 10:42
Bölmə:Siyasət / Manşet | çapa göndər
İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq versə də, ölkənin iki vilayətində etiraz aksiyaları davam edir. Etirazçılar TAP layihəsinin ətraf mühitə zərər vuracağını əsas gətirərək tikinti işlərinin dayandırılmasını tələb edir.
Analitiklərin qənaətinə görə, əslində TAP-ın ətraf mühitə zərər vurması haqdakı iddialar bəhanədir. Etirazlar isə Azərbaycan qazının Avropa bazarlarına çıxmasının əleyhinə yönəlib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham ŞabanModern.az-a bu etirazların arxasında Rusiyanın əlinin olduğunu deyib:
"Ötən həftənin sonuna olan məlumata görə 30 zeytun ağacı xüsusi texnika vasitəsilə çıxarılaraq başqa yerdə əkilmişdi. Layihənin reallaşması üçün 60-dan çox zeytun ağacının da yerini dəyişməli idilər. Yerli sakinlər hətta polislə insident yaşayır, onları daş-qalaq edir, TAP-ın ekologiyaya ziyan vuracağını əsas gətirir və s. Hətta bu etirazlara siyasətçilər də qoşulub. "5 Star” partiyasının rəhbəri öz çıxışında deyib ki, "hazırda İtaliya hökumətinə qaz lazım deyil və həmin vəsaiti vətəndaşlar üçün gərəkli olan sahəyə yönəltmək lazımdır”.
Halbuki layihə özəldir və İtaliyanın büdcə vəsaitlərindən istifadə edilmir. Amerika Birləşmiş Ştatlarının təhlilçiləri ehtiyatlı olmağı məsləhət görür. Onlar bildirirlər ki, bu etirazlarda Azərbaycan qazına kommersiya gözü ilə baxan Rusiyanın nəfəsi duyulur. Buna əsas kimi İtaliyanın iki yaşayış məntəqəsinin sakinlərinin təqribən 2 ilə yaxın bir müddətdə ciddi cəhdlə bu layihəyə qarşı çıxaraq ekologiya və zeytunluqların həsrətilə yaşaması heç də boru kəmərinin İtaliya sahillərindəki ekologiyasının pozulmasından doğmur”.
İ.Şaban ərazidən keçəcək boru kəmərinin böyük uzunluğa malik olmadığını diqqətə çatdıdırb:
"Boru kəməri sahilə çıxacaq və bundan sonra kompressor stansiyasına çəkiləcək. Onun cəmi uzunluğu 6,5 kilometrdir. Bu uzunluq bizim köhnə Dənizkənarı Bulvarın bu başından yeni bulvara qədər olan ərazidir.
Məqalələrin birində qeyd olunur ki, İtaliyanın etiraza qoşulan ərazilərində yaşayan sakinlərə 100 avro pul versən, onlar nə desəniz edər. Çünki İtaliyanın cənubunda həyat səviyyəsi aşağıdır. Ona görə də bu, insanlar üçün böyük bir vəsaitdir. Onlar əllərində plakat səhərdən axşama qədər dəfələrlə mitinq etməyə hazırdılar”.
Ekspert işlərin təxirə salınma ehtimalının yüksək olduğunu deyib:
"Çıxarılan zeytun ağacları noyabr ayına qədər əkilməlidir. Çünki havalar istilənir. Əgər ağaclar o vaxta qədər əkilməsə, qurudakı işlər təxirə salınacaq”.
Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 milyard. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024