“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin vəziyyəti açıqlandı - Yenilənib
Tarix: 22-08-2026 | Saat: 20:00
Bölmə:Ölkə | çapa göndər

Ağstafada yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb.
“aia.az” xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub.
O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
***
Xəsarətlər alan 15 yaşlı Ö.Nəsibov Ağstafadan Bakıdakı xəstəxanaların birinə göndərilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
***
TƏBİB-dən bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Sifətin, boyunun, hər iki yuxari ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-08-2026