Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir?
Tarix: 13-08-2026 | Saat: 20:59
Bölmə:Karusel / Ölkə | çapa göndər

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “Ağ Saray” şadlıq sarayının arxasında söküntü və tikinti işlərinin aparıldığı bildirilir.
Biziməsr.media-nın redaksiyasına daxil olan videogörüntülərdə ərazidə bir sıra yaşayış evlərinin satın alınaraq söküldüyü, həmin ərazidə isə genişmiqyaslı tikinti işlərinin aparıldığı görünür.

Redaksiyaya daxil olan məlumatlara görə, söküntü işləri zamanı ərazidəki çoxsaylı ağacların da məhv edildiyi iddia olunur.
Ərazidə aparılan tikinti ilə bağlı digər ciddi iddialar da səsləndirilir. Məlumata görə, tikinti işlərini həyata keçirən sahibkarın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu bildirilir.

Həmçinin tikinti işlərinə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən razılıq verildiyi bildirilir. Məlumata görə, söküntü və tikinti işlərinin qanuni əsaslarının, eləcə də layihə və icazə sənədlərinin natamam olduğu deyilir.
Xüsusilə yaşayış evlərinin sökülməsi, yeni tikintiyə icazələrin mövcudluğu, ərazidə ağacların kəsilib-kəsilmədiyi və yaşıllıqların məhv edilməsinə qanuni əsasların olub-olmaması ilə bağlı ictimaiyyətə açıqlama verilməsi vacibdir.
Biziməsr.media” məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, aidiyyəti şəhərsalma və ekologiya qurumlarının mövqeyini öyrənmək üçün sorğu göndərib.
Araşdırmanın nəticələrindən asılı olaraq məsələyə yenidən qayıdacağıq.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-08-2026