Mobil versiya
"Qazaxıstan bizim üçün qardaş ölkədir" - İlham Əliyev
Tarix: 03-04-2017 | Saat: 14:52
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Qazaxıstan bizim üçün qardaş ölkədir" - İlham Əliyev



"Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir.”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı deyib. Onun sözlərinə görə, ölkələr bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçirir.

"Bugünkü səfərin gündəliyi kifayət qədər genişdir. Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq. Bir daha xoş gəlmisini”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024